UZAYSEL.COM
 

Geri Git   UZAYSEL.COM > ÍSLAM DÍNÍ > Dini Yazilar

Cevapla
 
Bookmark and Share Seçenekler Stil
Eski 07-31-2011   #1
Admin
Administrator
 
Üyelik tarihi: Oct 2009
Mesajlar: 3,965
Tecrübe Puanı: 10
Admin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond repute
Standart Orucun vaxtlari..Baki

Kod:
Indirmek icin uye olmaniz gerekiyor. Content visible to registered users only.
Ramazan ayı böyük hikmətlərlə, özünü təkmilləşdirmə ilə müşayiət olunan müqəddəs aydır. Ona görə də bu ay 11 ayın "sultanı" adlanır. Bu ay oruc tutan, onun sirlərinə vaqif olmaq istəyən insan özünü dərk etmə, kamilləşmə yolunu tutur. Oruc insana səbrli olmağı, özündə dözüm, cəsarət, rəhmdillik tərbiyə etməyi öyrədir. Oruc eyni zamanda Allahın düşmənlərinə qalib gəlmək yoludur.
Bəzi imanı zəiflər bədənlərinin zəifləyəcəyini əsas götürüb orucdan uzaqlaşır. Həkimlər müəyyənləşdiriblər ki, oruc bədəni sağlamlaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini, görmə qabiliyyətini gücləndirir, qan təzyiqinin tənzimlənməsinə, köklüyün, ürək və damar xəstəliklərinin müalicəsinə, əsəb sisteminin sakitləşdirilməsinə kömək edir. Hətta oruc, müasir təbabətdə geniş tətbiq edilən ciddi pəhriz - aclıqla müalicə üsulu ilə də müqayisə edilir.
Peyğəmbərlərin (s.ə) "Oruc tutun - sağlam olun!", "İnsanın mədəsi xəstəliklərin məkanıdır, pəhriz saxlamaq isə onun dərmanıdır" kimi hədisləri məşhurdur. Oruc təkcə bədənin yox, ruhun da sağlamlığıdır. Bu ay öz sirli hikmətləri ilə Allah tərəfindən xüsusi seçilib. Axı bütün səmavi kitablar ramazan ayında endirilib. İbrahim peyğəmbərin (s.ə.s) səhifələri ramazanın ilk gecəsi, "Tövrat" altı gün sonra, "İncil" on üçüncü günün gecəsi, "Zəbur" on iki gündən keçmiş nazil olub. Sonuncu ilahi kitab "Qurani-Kərim" isə ramazandan bir cümə günü sonra enib. Allah-təala dünyanı ramazan ayında yaratmış, qiyaməti də ramazan ayının bir cümə günü qoparacaq.
Oruc insanın niyyət edərək özünü yeməkdən, içməkdən və bir sıra digər əməllərdən saxlamasıdır. Ramazan ayı orucunu Allaha ruhi yaxınlıq niyyəti ilə tuturlar. Niyyət gecə edilir, bütün ay üçün bir dəfə niyyət etmək kifayətdir. Ay başlamazdan bir və ya iki gün qabaq da niyyət etmək olar. Orucun vaxtı gündüzdür, sübh açılandan gün batana qədər: "Sübh çağı sizə ağ sap qara sapdan seçilincəyə qədər yeyin, için, sonra gecəyə qədər orucu bitirin ("Bəqərə" surəsi, 187-ci ayə). Ancaq gecələr ifrata varmaq, həddi aşmaq təqdir edilmir".
Təbiblərin çoxsaylı tədqiqatlarından sonra məlum olub ki, oruc tutmağın orqanizmə xeyrindən başqa heç bir ziyanı yoxdur. Bədən şlaklardan təmizlənir, iradə möhkəmlənir, yoxsulun, acın nələr çəkdiyindən toxun xəbəri olur. Rəhmdillik və ruh yüksəkliyi yaranır. Oruc vaxtı qida qəbul olunmasa da, orqanizmin fiziki və ruhi gücü tükənmir. Birinci üç gün müddətində ruhun möhkəmlənmə prosesi getdiyi üçün müəyyən əziyyət məqamları adamı ruhdan salmamalıdır.
Səfərdə olanların, xəstələrin, taqətsiz qocaların, hamilə qadınların, əmzikli körpəsi olan və südü az anaların, əsirlikdə əziyyət çəkənlərin, müharibə meydanlarında duranların oruc tutmaması üzrlüdür. Oruc tutmaqdan üzrlü olanlar sonra, münasib bir vaxtda onun əvəzinə tutur, ya da "kəffarə" olaraq yoxsul yedirtməlidir. Orucu qəsdən pozanlar onun qəzasını tutmaqla yanaşı tövbə etməli və kəffarəsini verməlidir. Ramazan ayında oruc tutana iftar süfrəsi açmaq böyük savabdır.
Allah orucu öz dostları üçün onları pisliklərdən qoruyan hasar kimi yaradıb. İnsanların qəlbinə girmək üçün şeytan fürsət məqamını şəhvət və nəfsi istəklər zamanı tapır. Bu istəklərə qalib gəlməklə, onları tənzim etməklə insan öz nəfsini yox edib, ruhunu böyüdür. Peyğəmbərin bir hədisində deyilir ki, hər şeyin qapısı var, ibadətin də qapısı orucdur. Ramazan ayı girən zamanı cənnətin qapıları açılar, cəhənnəmin qapıları isə bağlanar, şeytanlar zəncirlənər, carçı car çəkər ki, "ey xeyir axtaran, yaxın gəl, ey şər axtaran, kənar dur!". Peyğəmbərlərimiz ramazan orucunu tutan gəncləri mələklərə bənzədərək demişdir: "Allah oruc tutan gənci mələklərinə tərif edib deyər: "Ey şəhvətini mənim üçün tərk edən, öz gəncliyini mənim üçün əsirgəməyən gənc! Sən mənim yanımda bəzi mələklərim kimisən!".
Kod:
Indirmek icin uye olmaniz gerekiyor. Content visible to registered users only.
Oruc yeməkdən, içməkdən çəkinməkdir və özlüyündə sirdir, çünki gizli ibadətdir, elə bir əməli yoxdur ki, müşahidə olunsun, orucdan başqa bütün ibadətlər hamının gözü qarşısında edilir. Orucu yalnız Allah görür, çünki oruc insanın qəlbində baş verən əməldir, sadəcə olaraq, səbr yolu ilə gerçəkləşir. Bir hədisə görə, Allah deyir: "Adəm oğlunun orucdan başqa hər bir əməli onun özü üçündür, oruc isə Mənim üçündür və onun mükafatını özüm verəcəyəm". Başqa bir hədisdə isə buyurur: "Elə bir bəndə olmaz ki, Allah yolunda bir gün oruc tutsun və Allah bu günün sayəsində onun üzünü yetmiş oddan uzaq etməsin". Oruc hər bir həddi-büluğa çatan müsəlman üçün vacibdir. Qurani-Kərimdə bu barədə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə buna görə siz pis əməllərdən çəkinəsiniz"("Bəqərə" surəsi, 183-cü ayə).
Orucun yolları: Sübh (fəcr) azanından sonra ta gün batanadək ramazan ayında, orucluq vaxtı qadağan olunmuş şeylərdən çəkinmək. Orucu tutmaq üçün niyyət, arzu fəcr azanından əvvəl olunmalıdı.
Orucun gözəlliyi: Peyğəmbərimiz Məhəmməd (s.ə) buyurmuşdu: "Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, gərək pis söz danışmasın. Onu söyənə və vurana: "Mən oruc tutmuşam" - desin. Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyindən olmağını oruc adlandırmasına Allahın ehtiyacı yoxdur".
Orucu pozan şeylər: qadınlar üçün: aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa); Kişilər üçün: gündüz vaxtı cinsi əlaqəyə girmək, qəsdən qusmaq, gün batmamış oruc tutmaq, niyyətindən dönmək, islam dinindən çıxmaq, yemək-içmək (əgər yaddan çıxarıb yeyib-içibsə və başa düşüb, təəssüflənibsə, orucu batil deyil), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələr vurdurmaq, qan aldırma (qan nümunəsini yoxlamaya vermək bu hesabdan deyil). Orucu pozmayan şeylər: iftara qədər çimmək, iynə vurdurmaq (xəstəyə oruc tutmamaq olar, əgər sonra əvəzinə tutacaqsa), ağlamaq, suyu udmamaq şərti ilə ağzı və burnunu yaxalamaq, ətir vurmaq, dili ilə yeməyin dadını yoxlamaq, sürmə vurmaq, udqunmaq. Ramazan ayında iftardan sonra adi günlərin yaşayış tələbatı ilə dolanmaq lazımdır. Qədr gecəsi Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edir.
Əhya günləri Ramazanın 19, 21 və 23-cü gününə, təsadüf edir. Əli ibn Əbu Talib ramazan ayının 19-da yaralanmış, 21-də həlak olmuş, 23-də dəfn edilmişdir.
Hər bir müsəlman Ramazan ayının axırında fitrə-zəkat verməlidir. Fitrə-zəkatın miqdarı təxminən 2,5 kq yeyinti məhsulu olur. Məsələn xurma, düyü, un, pendir, kişmiş, arpa, buğda və s.
"Ramazan hicri-qəməri təqvimin doqquzuncu ayıdır. "Ramazan" sözünün mənası "yanmaq"dır. Bu ayda bütün günahları, pis niyyətləri yandırıb, gələn zamanlar üçün özümüzü cəsur, mərd əyilməz, ağayana günahsız edək. Qəməri (Ay) təqvimi hər ayın əvvəlində təzə ayın çıxması ilə hesablanır. Ramazan ayının başlanması və sona yetməsi təzə ayın görünməsindən asılıdır. İftara xurma və ya ilıq su ilə başlamaq və bu duanı oxumaq məsləhət görülür: "Allahummə ləkə sumtu va əla rizqikə əftətru və əleykə təvakkəltu yə vasi al-məğfirəti iğfirli".
Tərcüməsi: "Allahım, sənin ruzin üçün oruc tutdum, ruzin ilə iftar açdım, sənə təvəkkül etdim. Ey bəxşeyişi çox olan Allah, bağışla məni".
Orucun başlanmasından iftarın açılmasına qədərki müddətdə orucu pozan şeylər yasaqdır. Namaz qılmayanların oruc tutmaq istəyi bəyəniləndir, inşallah ki, tezi-geci namaza da başlayarlar.
Müqəddəs Ramazan ayınız mübarək!


ORUCUN FӘLSӘFӘSİ VӘ FAYDALARI

Bu haqda aşağıdakıları qeyd etmək olar:
1. Pәrhizkar vә tәqvalı olmaq;
Allah-taala müqəddəs Qur`anda buyurur:
«Ey iman gәtirәnlәr! Pәrhizkar olasız deyә, sizdәn qabaqkılara vacib edildiyi kimi, sizә dә oruc (tutmaq) vacib oldu». (Bәqәrә surәsi /183)
2. Tәrbiyә va әxlaqın saflaşması;
hәzrәt Әmirәl-mö'minin İmam Әli (әlәyhis-salam) buyurur:
«Allah-taala insanların düzgün tәrbiyә olunması üçün, orucu vacib etmişdir». 3. İbrәt almaq;
Orucun vacib olma sәbәblәrindәn biri dә ona görәdir ki, yoxsul vә varlılar arasında bәrabәrlik yaransın vә (oruc tutmuş) varlı şәxs, aclığın tә'sirini görüb, yoxsulların haqqını tapdalamaqdan çәkinsin.
4. Sağlamlıq;
hәzrәt Məhәmmәd (sәllәllahu әlәyhi vә Alihi vә sәllәm) buyurur: «Oruc tutmaqla sağlamlıfınızı tә'min edin». ORUCUN ŞӘRTLӘRİ



Oruc tutmağın şərtləri aşağıdakılardan ibarətdir:


1. hәddi-büluğa çatmaq;
hәddi-büluğa çatmağın isә üç әlamәti vardır:
Birinci: Qәmәri tarixi ilә oğlanın 15, qızın isә 9 yaşa çatması;
İkinci: Cinsiyyәt üzvlәrinin әtrafında qalın tüklәrin bitmәsi;
Üçüncü: Hәr hansı bir halda insandan spermanın xaric olması.
2. Oruc tutmaq, xәstә insan üçün zәrәrli olmamalı vә ya xәstәliyin iddәtlәnmәsinә sәbәb olmamalıdır;
3. Oruc tutan şәxs, zöhrdәn qabaq sәfәrә getmәmәlidir;
Qeyd etmәk lazımdır ki, qәmәri tarixi ilә Ramazan ayının birindәn sonunadәk yuxarıdakı şәrtlәrә riayәt etmәklә, oruc tutmaq hәr bir müsәlmana vacib sayılır.


ORUCU BATİL EDӘN AMİLLƏR

Orucu batil edən amillər aşağıdakılardan ibarətdir:
1. Yemәk;
2. İçmәk;
3. Cinsi әlaqә;
4. İstimna (spermanın xaric olmasına sәbәb olan hәr hansı bir iş);
5. Qəliz tozu udmaq;
6. Allah, Peyğәmbәr vә İmamların adından yalan söz demәk;
7. Sübh azanınadәk bilәrәkdәn cәnabәt, heyz vә ya nifas halında qalıb, qüsl etmәmәk;
8. Başı tamamilә suya batırmaq;
9. Maye şeylәrlә imalә etmәk;
10. Qusmaq;



. (Bakı..)
__________________

To view links or images in signatures your post count must be 10 or greater. You currently have 0 posts.



♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
Durduqca bədəndə can
Yaşa yaşa çox yaşa
Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥
Admin isimli Üye şimdilik offline konumundadır   Alıntı ile Cevapla
Eski 07-31-2011   #2
MeÇuLaSiQ
Administrator
 
MeÇuLaSiQ - ait Kullanıcı Resmi (Avatar)
 
Üyelik tarihi: Oct 2009
Mesajlar: 6,758
Tecrübe Puanı: 10
MeÇuLaSiQ will become famous soon enough
Standart

Kod:
Indirmek icin uye olmaniz gerekiyor. Content visible to registered users only.
__________________

To view links or images in signatures your post count must be 10 or greater. You currently have 0 posts.
AZERBAYCAN
MeÇuLaSiQ isimli Üye şimdilik offline konumundadır   Alıntı ile Cevapla
Eski 07-31-2011   #3
Admin
Administrator
 
Üyelik tarihi: Oct 2009
Mesajlar: 3,965
Tecrübe Puanı: 10
Admin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond reputeAdmin has a reputation beyond repute
Standart

bayyy tshkk ediremmm
__________________

To view links or images in signatures your post count must be 10 or greater. You currently have 0 posts.



♥♥(¯`´•.¸(¯`´•.¸ ________ღ♥♥ღ_________ ¸.•´´¯)¸.•´´¯)♥♥
♥♥---==-♥♥°° ------ Sən bizimsən bizimsən,
Durduqca bədəndə can
Yaşa yaşa çox yaşa
Ey şanlı AZƏRBAYCAN ------ °°♥♥-==---♥♥
♥♥(_¸.•´´(_¸.•´´ ¯¯¯¯¯¯¯¯ღ♥♥ღ¯¯¯¯¯¯¯¯¯ `´•.¸_)`´•.¸_)♥♥
Admin isimli Üye şimdilik offline konumundadır   Alıntı ile Cevapla
Cevapla

Etiketler
2011 oruc, baki, orucun vaxtlari


Konuyu Toplam 1 Üye okuyor. (0 Kayıtlı üye ve 1 Misafir)
 
Seçenekler
Stil

Yetkileriniz
Konu Acma Yetkiniz Yok
Cevap Yazma Yetkiniz Yok
Eklenti Yükleme Yetkiniz Yok
Mesajınızı Değiştirme Yetkiniz Yok

BB Kodu Açık
Smileler Açık
[IMG] Kodları Açık
HTML-Kodu Kapalı

Hızlı Geçiş


Tüm Zamanlar GMT +2 Olarak Ayarlı. Şuanki Zaman: 00:01.


Powered by vBulletin® Version 3.8.4
Copyright ©2000 - 2014, Jelsoft Enterprises Ltd.