PDA

Orijinalini görmek için tıklayınız : Azerbaycan'da Xalça(Halı) Seneti ...


Qül Qoncesi
12-24-2009, 17:59
AZERBAYCANDA XALÇA SENETİNİN İNKİŞAFI

Content visible to registered users only.

Azerbaycan xalq - tetbiqi seneti ve onun bir qolu olan xalçaçılıq xalqın milli medeniyyeti tarixinde özünemexsus yer tutur.


Xalq senetlerinin en geniş yayılmış növü Azerbaycan xalqının meişetinde özüne möhkem yer tutmuş ve az qala xalqın remzine çevrilmiş xalça senetidir. Müxtelif naxış elementleri ve tesvirlerle bezedilen xovlu ve xovsuz xalçalar deyelerin, çadırların, alaçıqların, habele yaşayış evlerinin ve diger binaların divar bezeklerinde, döşenmesinde istifade edilir, eyni zamanda yüksek estetik ehemiyyet kesb edir.


Arxeoloji materiallara ve yazılı menbelere esasen Azerbaycanda xalçaçılıqla hele Tunc dövründen (e.e. II minilliyin sonu - I minilliyin evvellerinde) meşğul olmuşlar. Cenubi Azerbaycanın Maku şeherinden tapılmış gilden düzedilmiş at fiqurunun (e.e. II minillik) üzerinde gül - çiçek tesvirleri ile bezedilmiş çul resmi, Urmiya gölü yaxınlığındakı Hesenlu tepesinden aşkar edilmiş qızıl camın (e. e. I minillik) sethinde üstüne çul salınmış şir tesviri ve başqa tapıntılar Azerbaycanda xalça senetinin ne qeder qedim tarixe malik olduğunu gösterir. Arxeoloji qazıntılar zamanı Mingeçevirden I-III esrlere aid katakomba qebirlerden palas ve xalça qalıqları aşkar edilmişdir.

Content visible to registered users only.

Azerbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont ve başqa qedim dünya tarixçileri melumat vermişler. Sasaniler dövründe (III-VII esrler) Azerbaycanda xalça seneti daha da inkişaf etdi, ipekden, qızıl-gümüş saplardan nefis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII esr) Azerbaycanda toxunulan ipek parçalar ve rengareng xalçalar haqqında melumat verir. Qızıl-gümüş saplarla toxunan ve qaş-daşla bezedilen xalça istehsalı XVI-XVII esrlerde enenevi xarakter almışdır. Orta esrlerde qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların esas istehsal merkezleri Tebriz, Şamaxı ve Berde şeherleri idi. Baha başa geldiyinden esasen feodallar üçün toxunulan bu cür xalçalar "zerbaf" adlanırdı. XVI esrde Azerbaycanda olmuş ingilis seyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqametgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında melumat verir. XVII esr Holland seyahetçisi Yan Streyts Şamaxı hakiminin atının üstüne salınan çulun qızıl saplarla toxunub mirvari ve qiymetli qaş-daşlarla bezedildiyini xeber verir.

Azerbaycanın xalça memulatları ve onların bedii xüsusiyyetleri haqqında orta esrlere aid yazılı menbelerde maraqlı melumatlara rast gelinir. X esre aid "Hüdud el-alem" ("Dünyanın serhedleri") eserinde namelum müellif Muğanda toxunulan palas ve çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından melumat verir, "Kitabi-Dede-Qorqud" dastanında Azerbaycanın ipek xalçaları, ebül Üla Gencevi, Nizami, Xaqaninin (XII esr) eserlerinde xovlu ve xovsuz xalçalar terennüm olunur.


XIII - XIV esrlerde Azerbaycandan xarici ölkelere çoxlu xalça ve xalça memulatı ixrac edilirdi. Ince ornamentleri, zerif ve nefis naxışları ile diqqeti celb eden bu xalçalar meşhur Avropa ressamlarının eserlerinde, miniatürlerde öz eksini tapır. XV esr Niderland ressamları Hans Memlinqin "Meryem öz körpesi ile" tablosunda "Şirvan" xalçası, Van Eykin "Müqeddes Meryem" eserinde "Zeyve xalçası", Alman ressamı Hans Holbeynin (XV esr) "Sefirler" eserinde "Qazax" xalçasının tesvirleri verilmişdir.
Content visible to registered users only.

XVIII esrin II yarısında Azerbaycanın Şimalı kiçik feodal - Şeki, Bakı, Quba, Qarabağ, İrevan, Gence, Naxçıvan, Şirvan xanlıqlarına bölünmeye başladı. Xanlıqlar dövründe xalça istehsalı xeyli genişlenmiş, her xanlığın özünün xalçaçılıq karxanası olmuşdur. Xanlıqlar dövründe xalçaçılıq senetinin inkişafı gelecekde xalçaçılıq mekteblerinin adının yaranmasına zemin yaratdı.

1872-ci ilde Moskvada " Moskva- Politexnik" sergisinde ve 1882-ci ilde "Ümumrusiya senaye ve incesenet sergisi"nde nümayiş etdirilen Bakı, Quba, Şamaxı, Gence, Şeki, Qazax, Cavad qezası ve başqa yerlerden getirilmiş xalçalar ve xalça memulatlarının en yaxşı nümuneleri qızıl, gümüş medallara layiq görüldü. 1872-ci ilde Vyanada (Avstriya), 1911-ci ilde Turinde (Italiya), 1913-cü ilde Londonda ve Berlinde teşkil edilmiş Beynelxalq sergilerde nümayiş etdirilen eksponatların esas hissesi Azerbaycandan aparılmış xalça ve xalça məmulatlarından ibaret idi.


Xovsuz xalçaların növleri. Azerbaycan xalçaları öz texniki xüsusiyyetlerine göre xovlu ve xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq senetinin en erken dövrüne tesadüf edir.

Qül Qoncesi
12-24-2009, 18:01
Azerbaycan xalça seneti öz yüksek bedii texniki keyfiyyetine, xovsuz toxunuşunun müxtelifliyine göre ferqlenir. Burada xovsuz xalçaların bütün nümuneleri teqdim edilmişdir, diger ölkelerin xalça senetinde ise bu nümuneler az miqdarda temsil olunur. Bundan çıxış ederek Alman senetşünası Q.Rop "Şerq xalçası" kitabının "Qafqaz xalçaları" bölmesinde buradakı xalçaların Asiya xalçalarından daha erken emele geldiyini, xovsuz xalçalardan - kilimlerin Qafqazda en yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyetle xalça senetinin yaranmasının esasını onların ilk sade nümuneleri olan hesir, çeten, buriya teşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zenginliyine ve reng koloritine göre bir-birinden ferqlenen 8 növe bölünür.


- Palas
- Cecim
- Ladı
- Kilim
- Şedde
- Veni
- Zili
- Sumax

Azerbaycan xalçaçılıq mektebleri. Azerbaycan xalçaları senet sahesi kimi hem coğrafi mövqeyine, hem de naxış, kompozisiya, reng helli ve texniki xüsusiyyetlerine göre şerti olaraq 7 xalçaçılıq mektebine bölünür:

1. Quba,
2. Bakı, yaxud Abşeron,
3. Şirvan,
4. Gence,
5. Qazax,
6. Qarabağ
7. Tebriz

Content visible to registered users only.

1. Azerbaycanın şimal-şerginde yerleşen Quba xalça merkezi üç hisseye-dağlıq, dağeteyi ve ovalıq hisselere bölünür. Dağlıq hisseye-Qonaqkend, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek, Salmasöyüd kendlerinde merkezleşmiş menteqeleri aid etmek olar.

Dağeteyi hissede xalça istehsalı-Emirxanlı, Elixanlı, Xelfeler, Piremsan, Bilici, Şahnezerli, Pirebedil, Zeyve, Zöhrami, Sumaqobaq, Xırdagül-çiçi, Sırt-çiçi, Dere-çiçi kendlerinde, ovalıq hissede ise Şabran aran zonasında Çay Qaraqaşlı, Hacı Qaraqaşlı, Süsenli, Qaraqaşlı, Deveçi, Mollakamallı ve s. kendlerde merkezleşib. Bu mektebe hemçinin de Derbend erazisinde toxunan xalçalar da daxildir.


Quba xalçalarının bezeyini hendesi naxışlardan ibaret ornamentlerin stilize edilmiş nebati, bezen ise heyvan motivleri teşkil edir. Bu mektebin xalçalarında medalyonlu çeşni üslubu da geniş yayılmışdır. Quba xalçalarının en parlaq kompozisiyaları " Qedim-Minare", "Qımıl", "Alpan", "Qollu-çiçi", "Pirebedil", "Hacıqayıb", "Qırız", "Cek" ve s.-dir.


Content visible to registered users only.


2. Bakı mektebi Abşeronun kendlerini - Göredil Novxanı, Nardaran, Bülbüle, Fatmayı, Merdekan, Qala, Xile ve diger kendleri, hemçinin Abşerondan kenarda yerleşen Xızı rayonu ve ona daxil olan Qedi, Hil, Keş, Fındığan ve s. xalça menteqelerini ehate edir. Bakı xalçaları daha yumşaq olması, renglerinin intensivliyi, bedii elementlerinin orijinallığı ve naxışlarının inceliyi ile seçilir. Xalçaların bezeklerinde hendesi formalı göller, eyri xetli nebati elementler üstünlük teşkil edir. Bakı qrupuna aid xalçaların reng koloritinde ara sahe yerliyi üçün, esasen tünd göy, nadir hallarda ise qırmızı ve sarı renglerden istifade edilir. Bu xalçaların ekseriyyeti toxunduğu kendin adını daşıyır. Bakı qrupuna "Xilebuta", "Xile-Efşan", "Novxanı", "Suraxanı", "Qala", "Bakı", "Göredil", "Fatmayı", "Fındığan", "Qedi" ve s. çeşniler daxildir

Content visible to registered users only.



3. Şirvan xalçaçılıq mektebi Şamaxı, Mereze, Ağsu, Kürdemir, Qazımemmed (Hacıqabul), Göyçay ve onların etraf kendlerini ehate edir. Şirvan qrupuna "Mereze", "Qobustan", "Şirvan", "Kürdemir", "Şilyan", "Şirelibey", "Çuxanlı","Bico", "Sor - Sor", "Hacıqabul" ve s. kompozisiyalar daxildir. Şirvan xalçalarının zengin ve mürekkeb naxışlı kompozisiyaları orta esrlerden meşhurdur. Şirvan xalçalarının bedii deyeri haqqında VI - VIII esr alman, ingilis tacirleri, sefirleri öz gündeliklerinde qiymetli melumatlar vermişdilər. Bu xalçalar hele XIV - XV esrlerde Avropa ressamlarının tablolarında terennüm edilmişdir. Niderland ressamı Hans Memlinq (XV esr) "Meryem öz körpesi ile" eserinde "Şirvan" xalçasının tesvirini vermişdir

Qül Qoncesi
12-24-2009, 18:03
Content visible to registered users only.

4. Gence xalçaçılıq mektebi Gence şeheri ve onun etraf kendlerini, Gedebey ve Goranboy, Şemkir, Samux rayonlarının erazisini ehate edir. Bu mektebin merkezi Gence şeheridir. Qedim şeherlerden olan Gence Azerbaycanın şimal qerbinde yerleşir. Gence hele X-XI yüzilliklərdə ipek, yun parçaların, ipek xalçalarını istehsal merkezi kimi tanınmışdır. Esrler boyu yüksek keyfiyyetli xalça istehsalı merkezi olan Gencede xüsusi xalça emalatxanaları olmuşdur. Gence xalçaçılıq mektebi Gence etrafında olan rayonların xalçaçılığına müsbet tesir göstərmişdir.


Gence xalça mektebine "Gence", "Qedim Gence", "Gölkend", "Fexralı", "Çaykend", "Çaylı", "Şadılı", "Çıraqlı", "Samux" ve s. kompozisiyalar daxildir. Gence qrupuna daxil olan "Fexralı" namazlıq xalçası öz yüksek bedii xüsusiyyetine, toxunuşuna göre diger xalça kompozisiyalarından ferqlenir.

Content visible to registered users only.

5. Qazax xalçaçılıq mektebine Qazax, Gürcüstan erazisindeki Azerbaycanlılar yaşayan Borçalı ve 1988-ci ile qeder Azerbaycanlıların tarixi yaşayış meskeni olan Ermenistan erazisinde Göyçe xalçaçılıq merkezleri aiddir.


Qazax xalça menteqesine Azerbaycanın qedim şeherlerinden olan Qazax ve onun etraf kendleri, Ağstafa ve Tovuz rayonları daxildir.


Göyçe xalçaçılıq merkezini Bembak, Lembalı, Icevan, Qara-qoyunlu ve Göyçe gölü (indiki Sevan) etrafındakı erazi ehate edir.


Borçalı xalça merkezini - Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça menteqeleri ehate edir.


Qazax qrupuna, "Şıxlı", "Borçalı", "Qaymaqlı", "Qaraqoyunlu", "Qarayazı", "Qaraçöp", "Qaçağan", "Dağkesemen", "Demirçiler", "Kemerli", "Göyçeli", "Salahlı" ve s. çeşnili xalçalar daxildir.


Bu mekteblerin xalçalarında az renglerle ahengdar kolorit yaradılır. Gence - Qazax xalçalarının naxışları hele orta esrlerde Avropa ressamlarının marağını celb etmiş, XV esr italyan ressamı Karlo Krivelonun "Müjde", Alman ressamı Hans Holbeynin (XV esr) "Elçiler" tablolarında bu xalçaların tesviri verilmişdir.

Content visible to registered users only.


6. Azerbaycanın cenub - qerbinde yerleşen Qarabağ xalça mektebi iki regionda - dağlıq ve aran zonalarında inkişaf etmişdir. Yazılı menbelerde Ereb tarixçileri el - Müqeddesi, Mesudi ve b. terefinden X esrden başlayaraq yun ve pambıq emalı ile meşğul olan iri senetkarlıq merkezi kimi adı çekien Qarabağın Dağlıq zonasında XIX esrde xalça istehsalında Şuşa şeheri ve Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbeyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbeyli, Xanlıq, Tutmas kendleri esas rol oynayırdılar. Dağlıq zonaya nisbeten xammalla, şübhesiz ki, daha yaxşı temin olunmuş aran rayonlarında Cebrayıl, Ağdam, Berde ve Füzuli xalça istehsalında esas yer tutur. Bu merkezin her birinde ehalisi satış üçün intensiv şekilde xalça toxuyan çoxlu miqdarda kendler mövcud olmuşdur. Oz bedii quruluşu, texnoloji xüsusiyyetleri, reng helli baxımından Zengezur ve Naxçıvan xalça istehsalı merkezleri de Qarabağ xalça mektebine daxildirler. "Aran", "Bağçadagüller", "Balıq", "Buynuz", "Berde", "Behmenli", "Qarabağ", "Qoca", "Qasımuşağı", "Lemberani", "Muğan", "Talış", "Lempe", "Malıbeyli", "Xanqervend", "Xanlıq", "Xantirme", "Çelebi", "Şabalıdbuta", ve s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq mektebinin klassik nümunelerindendir. Qarabağda evlerin interyerlerine uyğunlaşdırılmış 5 xalçadan ibaret dest xalı - gebeler geniş yayılmışdır.

Qül Qoncesi
12-24-2009, 18:04
Content visible to registered users only.


1750 - ci illerin evvelerinde Qarabağ xanı Penaheli xan Şuşa şeherini saldırdı. Şeher ilk vaxtlar Penahabad adlandırıldı ve uzun iller Qarabağ xanlığının paytaxtı oldu. XVIII esrde Qarabağ xalçaçılıq mektebi Şuşada cemlenmişdir. XVIII esrde Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, elece de Avropadan getirilmiş mecmeyi, etirli sabun, çit ve diger müxtelif metişet eşyaların üzerinden götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - "Bağçadagüller", "Saxsıdagüller", "Bulud" ve s. çeşniler toxunurdu. Qarabağ xalçalarının reng - boyaq palitrası olduqca zengindir. Bu palitra Qarabağ tebietinin bütün renglerinin en zerif çalarlarını özünde eks etdirir. Qedim dövrlerden Azerbaycan xalçalarının ara sahe yerliyi enenevi olaraq qırmızı rengde işlenmişdir. Müxtelif bitkilerle yanaşı, orta esrlerden burada rengler cür - becür heşaratlardan alınmışdı. Onların içerisinde qırmızı reng almaq üçün en geniş yayılmışı koşenildir. Xalq arasında ona - "qırmız böceyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

7. 1828-ci il fevralın 10-da Rusiya ile Iran arasında Tebriz yaxınlığındakı Türkmençay kendinde bağlanmış sülh müqavilesi tarixe Türkmençay müqavilesi adı ile daxil oldu ve bu müqavile 1826-28-ci iller Rusiya-Iran müharibesine son qoydu. Müqavilenin şertlerine esasen Azerbaycanın şimal hissesi Rusiya terkibine qatıldı. Tebriz, Erdebil, Urmiya, Xoy, Marağa, Merend, Maku ve diger şeherler de daxil olmaqla ölkenin cenub hissesi Iranın esareti altına keçdi. Belelikle, Azerbaycan 2 yere parçalandı. Bax ele hemin vaxtdan da "Cenubi Azerbaycan" termini yaranıb meydana geldi. Hemin vaxtdan Tebriz xalçaçılıq mektebinin xalça nümuneleri bütün dünyada Iran xalçaları adı ile tanındı.

Content visible to registered users only.


Tebriz xalçaçılıq mektebi Azerbaycanın en qedim ve meşhur xalçaçılıq mektebidir, Tebriz, Erdebil, Marağa, Merend, Maku, Xoy, Urmiya, Zencan, Qerece, Heris, Serab, Ehmedabad, Miriş, eher, Salmas, Görevan, Senne, Qaradağ ve başqa xalça menteqelerini ehate edir. Bu erazide yaşamış türk dilli tayfalar hele qedimden xalçaçılığın yaranması ve inkişafında mühüm rol oynamış, müxtelif dövrlerde Iran xalça senetinin teşekkülüne ciddi tesir göstermişler. Orta esrlerde Şerqin en mühüm ticaret merkezlerinden ve zengin şeherlerinden olan elece de Avropa ile ticaret elaqeleri xalçaçılıq senetinin süretli inkişafına sebeb olmuşdur.


Artıq XI-XII esrlerde çiçeklenme dövrü keçiren Tebriz xalçaçılıq mektebi XIII-XIV esrlerde Tebriz miniatür mektebinin bedii xüsusiyyetlerini menimsemiş, XVI-XVII esrlerde yüksek inkişaf merhelesine çatmışdı. Bu mektebe mensub xovsuz ve xovlu xalçalar bedii tertibat, reng ahengdarlığı, ornamental bezeklerin müxtelifliyi ile ferqlenir. Tebriz xalçaçılıq mektebi esas xalça kompozisiyalarına göre 2 qrupa ayrılır: Tebriz ve Erdebil qrupları. Tebriz qrupuna "Tebriz", "Baxşayış", "Qerece", "Görevan", "Heris", "Leçekturunc", "Efşan", "Ağaclı", "Ovçuluq", "Dörd fesil" kompozisiyaları, Erdebil qrupuna "Erdebil", "Şeyx Sefi", "Şah Abbası", "Serabi", "Zencan", "Mir" ve "Açma-yumma" çeşnileri daxildir. Tebriz xalçaçılıq mektebinin "Bağ-behişt", "Bağ-meşe", "Balıq", "Buta", "Derviş", "Ketebeli", "Gördest", "Göllü-guşeli", "Güldanlı", "Leyli ve Mecnun", "Meşahir", "Mun", "Namazlıq", "Necaqlı", "Servistan", "Serdari", "Sehend", "Silsilevi leçek", "Ferhad ve Şirin", "Xeyyam", "Xetai", "Heddad", "Çerxi-gül", "Ceyranlı" ve s. klassik kompozisiyaları da meşhurdur. Tebrizde toxunmuş "Leçektürünc" kompozisiyalı meşhur "Şeyx Sefi" xalısı (ölçüsü 56,12 kv. m, 1539-cu il, "Viktoriya ve Albert" muzeyi, London) ornamental xalçaların en gözel nümunesi, Tebriz xalçaçılıq mektebinin şah eseridir.


XX esrde xalçaçılığın inkişafı. Azerbaycan xalça senetinin sonrakı inkişaf dövrü XX esrin ortalarına tesadüf edir. Bu dövrde Azerbaycan xalça senetinin inkişafı bir neçe istiqametde davam ederek çox cehetli xarakter daşımışdır. Respublikanın rayon ve kendlerinde xalça seneti eneneleri ayrı-ayrı xalça ustaları terefinden davam etdirilir. Onların enenevi çeşnilerde toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibet qabarıq şekilde özünü gösterir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementleri meydana gelir. Yeni yaranan çeşnilerde nisbeten eyri xetlerle işlenmiş nebati naxışlara, insan, heyvan, quş tesvirlerine, lirik ve romantik üslubda yaradılmış sücetli kompozisiyalara meyl üstündür. Xalça senetinin inkişafının diger bir qolu "Azerxalça" İstehsalat Birliyinin fealiyyetidir. "Azerxalça" nın sex ve emalatxanalarında toxunan xalçalarda enenevi naxış, göl ve renglerden ustaların yaradıcı şekilde etdiyi deyişmeler klassik xalça kompozisiyalarının sayını artırıb zenginleşdirir.


Xalça senetinin diger bir qolu peşekar ressamlar terefinden davam ve inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament ve çeşniler esasında toxunan xalçalar klassik kompozisiyaların zenginleşdirilmesinde mühüm ehemiyyet kesb edir.


Bu xalçaların kompozisiya, resm helli ve koloritinde bezen klassik kanonların pozulmasına baxmayaraq, müxtelif bedii ve texniki vasiteler mövzunun açılmasına kömek edir.


Azerbaycanda xalçaçılığın inkişafı üçün mühüm tedbirler heyata keçirilmişdir. Xalçaçılıq senet ve elm sahesi kimi e.Ezimzade ad. Azerbaycan Dövlet Ressamlıq Mektebinde, Azerbaycan Dövlet Medeniyyet ve İncesenet Universitetinde, elece de incesenet yönümlü kolleclerde tedris edilir. Xalçaçılıq senet kimi texniki peşe mekteblerinde, uşaq resm qalereyalarında ve diger yerlerde öyredilir.


Azerbaycan xalça senetinin elm sahesi kimi öyrenilmesi ve professional ressamların yaradıcılığında müasir inkişafı Azerbaycanın xalq ressamı Letif Kerimovun (1906-1991) adı ile bağlıdır. Şerq, o cümleden Azerbaycan xalçası ve dekorativ - tetbiqi senetinin mahir bilicisi, görkemli ornamentalist - ressam, tedqiqatçı alim kimi tanınan L.Kerimov uzun iller Azerbaycan xalçalarını tedqiq etmiş, Azerbaycan dekorativ senetini yeni ornamentlerle zenginleşdirmiş, enenevi bezek elementleri esasında yeni dekorativ motivler yaratmışdır. L.Kerimovun eskizleri esasında toxunmuş "Efşan" (1932), "Qonaqkend" (1939), "Leçektürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aleminde" (1969), "Şebi-hicran" (1975), "Zerxara" (1977), "Firdovsi" (1934), "Semed Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nesimi" (1974), "Sefieddin Urmevi" (1975), "Ecemi" (1976) ve s. ornamental ve portret xalçalar ornament elementlerinin uyarlığı, kompozisiya bitkinliyi, resmlerinin zerifliyi ve ifadeliliyi, zengin koloritine göre xalçaçılıq senetinin qiymetli nümunelerindendir. 1949-cu ilde kollektiv müelliflerle birge yaratdığı "Stalin" xalçasına göre 1950-ci ilde SSRI Dövlet mükafatına layiq görülmüşdür. 1986-cı ilde Londonda açılmış ferdi sergisi böyük müveffeqiyyetle keçmiş, sergide ressamın "Bendi-Rumi" (1980,1981), "Leçekturunc" (1981), "Xetai" (1981,1985), "Açma-yumma" (1982), "Leçekbendlik" (1983), "Ketebebendlik" (1984), "esrlerin neğmesi" (1985) ve s. xalçaları nümayiş etdirilmişdir. L. Kerimovun çox cildli "Azerbaycan xalçası" eserinde 1300-den artıq Azerbaycan xalça ornament elementinin tehlili verilmişdir.

Qül Qoncesi
12-24-2009, 18:07
Azerbaycan Xalçalarından(halılarından) örneklemeler ...


Content visible to registered users only.

Content visible to registered users only.

Content visible to registered users only.

Content visible to registered users only.

Content visible to registered users only.

Content visible to registered users only.


Content visible to registered users only. Content visible to registered users only.
Content visible to registered users only.

Content visible to registered users only. Content visible to registered users only.

Content visible to registered users only. Content visible to registered users only.
Content visible to registered users only.