PDA

Orijinalini görmek için tıklayınız : Mirze Şefi Vazeh ...


Qül Qoncesi
11-15-2009, 14:15
Content visible to registered users only.

Mirze Şefi Vazeh XIX esrin birinci yarsı Azerbaycan edebiyyatının görkemli nümayendelerinden biridir.

Şefi 1794-cü ilde Gence şeherinde kiçik senetkar - benna ailesinde anadan olmuşdur. O, burada medresede dini tehsil almış, ereb ve fars dillerini kamil öyrenmiş ve klas*** Şerq edebiyyatının meşhur şairlerinin eserlerine beled olmuşdur. 30-cu illerin evvellerinde Mirze Şefi Gence medresesinde müellimlik etmiş, esasen uşaqlara nesteliq dersi öyretmişdir. Gözel bedii istedadı olan ve klas*** Şerq şairlerinin irsinin ideya-bedii meziyyetlerinederinden beled olan Mİrze Şefi genc yaşlarından bedii fealiyyete başlamış ve Vazeh teellüsü ile şerler yazmışdır.

1840-cı ilde Mirze Şefi Tiflis şeherine gelmiş ve burada quberniya ibtidai mektebinde Azerbaycan dili üze müellimlik vezifesinde çalışmışdır. 1846-cı ilde o, Genceye qayıtmış bu şeherde yeni açılmış mektebde müellimlik etmişdir. Dörd ilden sonra Vazeh yeniden Tiflise qayıtmış ve Tiflis zadegan gimnaziyasında Azerbaycan vefars dilleri üzre müellimlik vezifesini ifade etmişdir.

Mirze Şefi 1852-ci ilde vefat etmiş ve Tiflisde müselman qebiristanlığında defn olunmuşdur.

Vazeh 1844-cü ildeTiflisde "Divana-hikmet" adlı edebi meclis teşkil etmişdi. Meclisde bu illerdeTiflisde yaşayan ve xidmet eden görkemli Azerbaycan şairleri Abbasqulu ağa Bakıxanov, Mirze Feteli Axundov ve başqa şairler iştirak etmişdiler. Bu zaman Tiflis zadegan giminaziyasında müellimlik eden alman şairi ve tercümeçisi Fridrix Bodenşted Mirze Şefi ile yaxından tanış olmuş, ondan fars dilini öyrenmiş ve meclisin feal üzvlerinden bir olmuşdur. 1846-cı ilde Bodenştelt Almaniyaya qayıdarken Mirze Şefi Vazehin elyazma şerleri divanını da özü ile aparmış ve onun şerlerini alman diline tercüme ederek onların bir qismini 1848-ci ilde neşr etdirdiyi "Min bir gece" kitabında, 1851-ci ilde ise tam şekilde "Mirze Şefinin şerqileri" adı altında çap etdirmişdir. Tezlikle Vazehin şerleri Almaniyada geniş yayılmış veonlar alman oxucularını heyran etmişdir. Mirze Şefinin tezlikle fransız, ingilis, rus ve başqa xarici dillere tercüme edilib, neşr olunmuş ve o, qüdretli bir şair kimi dünya şöhreti qazanmışdır.

Genclik illerinde ömrünün sonuna qeder ardıcıl bedii fealiyyetle meşğul olan Mirze Şefi Vazeh klas*** şerq poeziyasının görkemli nümayendelerinin, xüsusen, Hafiz, Sedi, Rumi ve Füzulinin tesiri altında qezel, mexemmes, rübai, qite, hecb janrlarında yüksek ideya-bedii meziyyetleri ile seçilen şerler yazmış, qiymetli bir irs yaratmışdır. Lakin onun şerlerinin az bir qismi bize çatmışdır. Onların ekser hissesini alman dilinde tercümeleri teşkil edir.

Mirze Şefi Vazeh şerleri mövzu ve ideya mezmununa göre müxtelif seciyye daşıyır. Onların mühüm bir hissesi mehebbet mövzusuna hesr olunub. Onlardan zengin menevi alemleseçilen aşiqin öz mehebbeti ile elaqedar keçirdiyi hiss ve heyecanları, sevinc ve iztirabları tesvir ve terennüm olunmuşdur. Bu lirik şerlerde dünyevilik, heyata optimist münasibet özünü bariz gösterir. Vazehin lirik şerlerinin bir qisminde ise ilahi mehebbet, dini-mistik ideyalar, şerq pantizmi motivleri eks olunmuşdur.

Vazehin tenqid-satirik ruhda qeleme alınmış şerleri vardır. Bu şerlerinde şair feodal cemiyyetinin ictimai nöqsanları, ifrat dini fanatizm, dinden öz eksi menafeyi üçün istifade eden riyakar, nadan ruhaniler tenqid olunub.